RU

Baş ağrısını dərmansız 5 dəqiqəyə dəf edin – ASAN ÜSULLAR var imiş

Bəzən baş ağrısı gözlənilmədən başlayır və əlinizin altında heç bir dərman olmur. Amma narahat olmağa dəyməz, vəziyyəti bir neçə dəqiqə ərzində yüngülləşdirmək üçün sadə və əlçatan üsullar var.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Güzgü qarşısında üz gimnastikası Üz əzələlərindəki gərginliyi azaltmaq üçün güzgü qarşısında bir neçə sadə hərəkət edin. Qaşlarınızı bir-bir, sonra isə eyni anda qaldırın. Gözlərinizi yumub bəbəklərinizi sağa və sola hərəkət etdirin. Barmaqlarınızın ucu ilə qaşlarınızın üzərinə yüngülcə basaraq onları buruna doğru yönəldin. Hər hərəkətdən sonra əzələlərin bir qədər istirahət etməsinə imkan verin – bu, rahatlaşdırıcı təsiri artıracaq.

Akkupunktur massajı Gicgah nahiyəsində basdıqda azacıq ağrı verən nöqtələri tapın. Bu nöqtələr reflektor zonalardır. Onları dairəvi hərəkətlərlə yüngülcə masaj edin. Bu masaj qan dövranını sürətləndirir, damarları genişləndirir və ağrını xeyli azalda bilər. Eyni üsulu burun körpüsü nahiyəsində də tətbiq etmək olar.

Gözlər üçün məşq Gözlərinizi yumub qapaqlarınızı dairəvi hərəkətlərlə masaj edin əvvəl saat əqrəbi istiqamətində, sonra əksinə. Bu sadə üsul orta səviyyəli baş ağrısında 3–5 dəqiqə ərzində yüngülləşmə verə bilər.

Ayaqlar üçün isti vannalar Ayaqlarınızı ilıq (qaynar olmayan) suya salın və bir neçə dəqiqə saxlayın. Bu üsul qanın başdan ayaqlara yönəlməsinə kömək edir, baş damarlarındakı təzyiqi azaldır və ağrını zəiflədir. Amma yüksək təzyiq problemi olan insanlar üçün bu üsul məsləhət deyil.

Boyun və çiyin əzələlərinin rahatlaşdırılması Əgər baş ağrısı boyun osteoxondrozu və ya əzələ gərginliyi ilə bağlıdırsa, boyun əzələlərini yüngülcə isinmək kömək edə bilər. Başınızı sola, sağa, irəli və geri hərəkət etdirin, ancaq hərəkətlər kəskin olmamalıdır. Hər hərəkətdən sonra fasilə verərək əzələlərin istirahət etməsinə şərait yaradın.

Qulaq seyvanlarının stimulyasiyası Əllərinizi ovuşdurub isidin, sonra qulaqlarınıza qoyun və yüngülcə ovun. Daha sonra qulaq memelərini yuxarı, aşağı və yanlara doğru çəkərək qan dövranını aktivləşdirin. Bu da gərginliyin azalmasına kömək edəcək.

Bu üsullar həm evdə, həm də yolda istifadə oluna bilər. Əsas odur ki, hərəkətlər sakit və diqqətli şəkildə yerinə yetirilsin. Əgər baş ağrısı davamlı və şiddətlidirsə, həkimə müraciət etmək vacibdir.

Избранный
16
50
bizimshow.az

10Источники