Rusiyanın Nalçik şəhərində kanat yolunun çökməsi nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Kabardin-Balkar Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.
"Nalçik şəhərində kanat yolunun çökməsi nəticəsində daha iki zərərçəkən Respublika Klinik Xəstəxanasına (RSX) çatdırılıb. Ümumilikdə 8 zərərçəkən var", - məlumatda deyilir.
Nazirlik bir nəfərin reanimasiyada olduğunu bildirib.