RU

Ağ Evdə Azərbaycan və ABŞ prezidentlərinin görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü başlayıb.

 

Pravda.az xəbər verir ki, görüş Ağ Evdə keçirilir.

 

Daha sonra ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

 

Qeyd edək ki, ABŞ Prezidenti dünən "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Tarix: 8 Avqust 2025, 23:46   
Избранный
79
3
pravda.az

10Источники