“Barselona”nın yeni qapıçısı Xuan Qarsiya La Liqanın maliyyə qaydalarına görə İspaniya çempionatının startında iştirak etməyə bilər.
sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Kataloniya klubu hətta İnyaki Penyanın gedişi halında belə, ispaniyalı qapıçını iştirak ərizəsinə daxil edə bilməyəcək. Səbəb isə “Barselona”nın hələ də La Liqanın “birə-bir” maliyyə qaydasına uyğun gəlməməsidir.
24 yaşlı futbolçu bu yay 25 milyon avro qarşılığında “Espanyol”dan transfer olunub. O, son mövsümdə La Liqada 38 oyuna çıxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.
“Barselona” 2025/26 mövsümündə ilk oyununu avqustun 16-da “Malyorka”ya qarşı keçirəcək.