RU

ABŞ Prezidenti: Bu gün Paşinyan və Əliyev ciddi sənədə imza atacaqlar

ABŞ
“Bu gün Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev mühüm bir sənədə imza atacaqlar”.
1news.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüş zamanı bildirib . Tramp qeyd edib ki, əvvəllər bu mümkün görünmürdü, lakin güclü diplomatik səylərin nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub. O əlavə edib:

“35 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəyə ciddi zərər vurub. Onlar uzun müddətdir ki, həll yolu axtarırdılar. Avropa İttifaqı və Rusiya bu istiqamətdə ciddi səylər göstərsələr də, nəticə əldə olunmamışdı. Co Baydenin rəhbərliyi dövründə də bu istiqamətdə irəliləyiş baş vermədi, digər ölkələrin təşəbbüsləri də nəticəsiz qaldı. Lakin biz, ABŞ olaraq bu gün mühüm sənədlər silsiləsinə imza atmaqla tarixi bir addım atdıq”.

Избранный
15
2
1news.az

7Источники