
“35 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəyə ciddi zərər vurub. Onlar uzun müddətdir ki, həll yolu axtarırdılar. Avropa İttifaqı və Rusiya bu istiqamətdə ciddi səylər göstərsələr də, nəticə əldə olunmamışdı. Co Baydenin rəhbərliyi dövründə də bu istiqamətdə irəliləyiş baş vermədi, digər ölkələrin təşəbbüsləri də nəticəsiz qaldı. Lakin biz, ABŞ olaraq bu gün mühüm sənədlər silsiləsinə imza atmaqla tarixi bir addım atdıq”.