RU

Vaşinqtonda sülh sazişi bu səbəbdən imzalanmadı

Bu gün Ağ Evdə paraflanan sülh sazişi bölgəyə sülh gətirir.

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mediasına müsahibəsində bildirib.

"Təbii ki, Ermənistanın necə deyərlər "ev tapşırığı" var. Onların Konstitusiyada Azərbaycana qarşı olan ərazi iddaları imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Bu dəyişikliklər edildikdən sonra sülh sazişi istənilən vaxt imzalana bilər. Bu gün mən suallara cavab verərkən dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri paraflanmanı Ağ Evdə etməyi qəbul edibsə, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Bu, hesab edirəm ki, Azərbaycan - Ermənistan və bölgə üçün xüsusi əhəmiyyətə olan məsələdir", - deyə prezident bildirib.

Избранный
31
2
news24.az

3Источники