RU

Azərbaycan Prezidenti erməni lobbisinin fəaliyyətinin Ermənistanın ziyanına olduğunu açıqlayıb

“İllərdir ki, Azərbaycan ABŞ KİV-lərində aşağılanırdı”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Azərbaycan Prezidenti bildirib ki, Prezident Donald Tramp da “The Washington Post”, “The New York Times” və bir sıra digər mətbuat orqanlarında feyk xəbərlərin yer aldığını bildirib: “Bu mətbuat orqanları Azərbaycan haqqında şaiyələr yayır, təhqiredici məqalələr dərc edir, ABŞ və Azərbaycan arasında çaşqınlıq yaradırdı. Bu da əksər halda erməni lobbisinin təsirinin nəticəsi idi. Bu qrup hazırda Ermənistan maraqlarına qarşı çıxır. Məsələn, onlar bu gün baş verən hadisələri sevinc hissi ilə qarşılamaq əvəzinə, məyusdurlar, çünki gündəlikləri fərqlidir. Bu insanlar bilavasiə sülhə qarşıdırlar. Çünki onların fikirləri, rəyləri, tövsiyələri və vəsaiti proseslərə təsir edir, Ermənistanın özünə xələl gətirirdi. Belə qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, sabit və sistemli ölkə olardı. Ermənistan, sadəcə, vaxt itkisinə məruz qaldı. Ermənistan ərazilərimizi işğal etdi, işğalı əbədi saxlaya bilməzdi. Nəticədə inkişafları ilə bağlı 30 ili itirdilər”.

Избранный
20
2
apa.az

3Источники