RU

Ölkəmizin iqtisadi potensialı Vaşinqtonda maraq doğurur

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşüb. Nazirlikdən bildirilib ki, söhbət zamanı qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb.

Qeyd edilib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində yeni bilik və bacarıqların diqqətdə saxlanıldığı sahələrin inkişafı üçün möhkəm baza yaradılıb. Bunun nəticəsində iqtisadiyyatda innovasiyaların tətbiqi və rəqəmsallaşmanın genişləndirilməsi sürətlənib. “SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları da müzakirə olunub.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf bu ölkənin İxrac – İdxal Bankının prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüblər. Qarşı tərəfə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələr üzrə irəliləyişlər, xarici tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, böyük investisiya layihələrinin icrası üçün açılan yeni perspektivlər qeyd edilib. 

***

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə də görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. 

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes və investisiya mühiti qeyd olunub. 

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

 

Избранный
13
1
xalqqazeti.az

10Источники