ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün tarixini və yerini açıqlayıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.
"Rusiya Prezidenti Vladimir Putinlə çoxdan gözlənilən görüşüm gələn cümə günü, avqustun 15-də, böyük Alyaska ştatında baş tutacaq. Təfərrüatlar bundan sonra olacaq. Məsələyə diqqətinizə görə təşəkkür edirik!", - Tramp qeyd edib.
Daha əvvəl “The New York Times” mənbələrə istinadən yazıb ki, Tramp Putinlə görüşməyi, az sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi nəzərdə tutur.