RU

Türkiyə mediası: Vaşinqtondakı görüş bölgədə sülhə və əməkdaşlığa doğru tarixi addımdır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ankara, 9 avqust, AZƏRTAC

Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, çap mediası və xəbər saytları Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən görüşün yekunlarını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin telekanalları və internet resursları gün ərzində dəfələrlə Vaşinqtondan canlı bağlantılar yayımlayaraq, Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın görüşünü tarixi adlandırıb.

Türkiyə ictimaiyyəti Prezident İlham Əliyevin mövqeyi ilə tanış edilib, ölkəmizin Cənubi Qafqazda davamlı sülh və sabitliyə çağırışları vurğulanıb.

Xəbər materiallarında xüsusi diqqət Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə verilib. Uzun illər davam edən münaqişənin son qoyulması kontekstində imzalanmış sənədlərin taleyüklü xarakteri vurğulanıb.

Müxtəlif telekanalların efirində analitiklər, ekspertlər və jurnalistlər çıxış edərək Vaşinqtondakı tarixi görüşlə bağlı fikirlərini təqdim ediblər.

Ağ Evdə keçirilən görüşün yekunları həm region, həm də dünya üçün, o cümlədən Türkiyə ilə Türk dünyası arasında kommunikasiyaların açılması və əlaqələrin inkişafı kontekstində xüsusilə əhəmiyyətli adlandırılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
3
azertag.az

4Источники