RU

Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan və ABŞ avqustun 8-də Vaşinqtonda iki ölkənin liderləri - Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında danışıqların yekunu üzrə üç sənəd imzalayıb.Demokrat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb."Üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan və ABŞ hökumətləri arasında üç anlaşma memorandumu imzalanıb", - o qeyd edib.Onun sözlərinə görə, “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
7
demokrat.az

10Источники