Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli" sabiq futbolçusu Xəzər Mahmudovu geri qaytarıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə də "İmişli"də oynamış futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.