Bakı.Trend:
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4800dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyalarınaməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdəyanğın törədərək hadisə yerindən qaçıb.
Verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsiəməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəlibilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı raşdırma aparılır.