RU

Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarını vurub

Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşən Tatarıstandakı “Şahed” pilotsuz aparatlarının saxlandığı anbara zərbə endirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında uzaqmənzilli PUA-lar Tatarıstan Respublikasının Kızıl-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzini vurub.

Anbarda istifadəyə hazır “Şahed” zərbə dronları və onların istehsalı üçün nəzərdə tutulmuş xarici komplektlər saxlanılırdı.

"Cebheinfo.az"

Избранный
15
4
cebheinfo.az

5Источники