Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı finalda İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb.
Həlledici görüşdə məğlub olan İ.Zaretska fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
*** 15:00
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.