BAKI, 9 avqust. TELEQRAF
Rusiya ordusu Xarkov şəhərinin Kiyevski rayonundakı mebel mağazasına PUA ilə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Onun sözlərinə görə, azı 6 nəfər xəsarət alıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.