RU

Hüsamettin İnaç: İlham Əliyev hərbi qələbəni diplomatik zəfərə çevirməyi bacaran liderdir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla təkcə işğal altındakı torpaqları azad edən yox, həm də hərbi qələbəni diplomatik zəfərə çevirməyi bacaran liderdir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Kütahya Dumlupınar Universitetinin professoru Hüsamettin İnaç deyib.

O qeyd edib ki, Azərbaycan dövlət başçısının əsas nailiyyətləri arasında Türkiyə ilə Şuşa Bəyannaməsini imzalaması, regional və qlobal güclərlə balanslı münasibətlər qurması və diplomatik təcrübəsinə əsaslanaraq münasib zamanı gözləməsi yer alır:

"Prezident Əliyev səmimi, realist, etibarlı və xalq dəstəyinə malik siyasi fiqur kimi Rusiya ilə gərginliyi hərbi münaqişəyə çevirmədən, Avropanın təzyiqlərinə uymadan, ABŞ vasitəsilə sülh sazişinə imza ataraq Azərbaycanın sanksiyalardan azad olub regional gücə çevrilməsini təmin edib".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
oxu.az

2Источники