İspaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb. Məlumata görə, insident yerli vaxtla saat 11:30 radələrində Valensiya muxtariyyətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər. Qəzanın səbəbləri məlum deyil. Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта