RU

Rusiya Azərbaycanla bağlı bəyanat yaydı

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb.

News24.az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarla bağlı şərhində deyilir.

“Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı, mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi hərəkətlərə dair ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb”, - Rusiya rəsmisi bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır. O əlavə edib ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir:

“Regiondankənar oyunçuların Cənubi Qafqazda həll yollarının axtarışına cəlb edilməsi yeni ayırıcı xətlər yaratmamalıdır. Rusiya Federasiyası əlavə olaraq Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını təhlil edəcək”.





Избранный
219
50
news24.az

10Источники