RU

Niderlandlı futbolçu La Liqada klubunu dəyişdi

“Vilyarreal”ın hücumçusu Arno Danjuma İspaniya La Liqasında klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, "Valensiya” niderlandlı futbolçunun xidmətində maraqlıdır. 

28 yaşlı futbolçu üçillik müqavilə imzalayacaq. Transferin maliyyə detalları açıqlanmasa da, ödənişlərin hissə-hissə həyata keçiriləcəyi və oyunçunun “Valensiya”dakı çıxışına görə dəyişəcəyi bildirilir.

PSV-nin yetirməsi olan Danjuma ötən mövsümün bir hissəsini “Vilyarreal”da (3 oyun, 2 qol), digər hissəsini isə icarə əsasında “Jirona”da keçirib (34 oyun, 3 qol, 2 məhsuldar ötürmə ilə ).

Избранный
110
90deqiqe.az

1Источники