RU

Putin üçün “ideal” sammit - Kreml Qərb təhlükəsizlik alyansında parçalanma yaratmağa çalışır...

Rusiya prezidenti Ukrayna müharibəsini öz şərtləri ilə bitirmək imkanı əldə edib...

Poliqon xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin üçün qarşıdakı sammit, Ukrayna müharibəsini Moskvanın şərtlərinə uyğun olaraq başa çatdırmaqla yanaşı, Qərb təhlükəsizlik alyansını parçalamaq imkanı da yaradır.

“Bu, Putin üçün çox uğurlu həftə oldu. O, özünü son dərəcə çətin vəziyyətdən çıxardı və bütün prosesi istədiyi formaya saldı”, deyə London Kral Kollecinin rus siyasəti üzrə professoru Sem Qrin NYT-yə bildirib. 

Nəşrin məlumatına görə, Putin anlayır ki, ABŞ prezidenti Donald Tramp, indiyədək çox az amerikalı liderin düşündüyü təkliflər irəli sürməyə hazırdır. Bu isə Rusiyaya həm Ukraynanı, həm də Qərb alyansını parçalamaqda kömək edə bilər.

“Əgər Trampı Rusiyanın işğal etdiyi ərazilərin böyük hissəsinə olan iddialarını tanımağa razı salsanız, bilə-bilə ki, ukraynalılar və avropalılar buna razı olmayacaqlar, ABŞ-la Avropa arasında uzunmüddətli bir parçalanma yarada bilərsiniz”, deyə Sem Qrin qeyd edib.

Poliqon.info

Избранный
26
50
poliqon.info

10Источники