Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A saxlanılıb.
Viral.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda ittiham olunaraq 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır.
Son Yazılar:
- Axtarışda olan Azərbaycan vətəndaşı bu ölkədə SAXLANILDI
- “Taliban”dan əfqan qadınlara daha bir qadağa
- Rusiyaya güzəşt edilə bilməz – Ukrayna XİN
Qeyd edilir ki, hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir.