RU

Macarıstan Trampın Qafqazda sülh prosesindəki rolunu yüksək qiymətləndirir

BAKI, 10 avqust. TELEQRAF

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni Qafqazda və dünyada təhlükəsizliyə doğru böyük addım adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib. “Donald Tramp bir daha göstərdi ki, o, sülh gündəminin prezidentidir. İndi biz ümid edirik ki, Hindistan-Pakistan, İran-İsrail və Ermənistan-Azərbaycan [münaqişələrinin] həllindən sonra Ukrayna ilə Rusiya arasındakı münaqişəyə də son qoyulacaq”, - deyə Macarıstanın xarici işlər naziri yazıb.

Избранный
94
6
teleqraf.com

5Источники