RU

Kerem Aktürkoğlu Fənərbağça nın WhatsApp qrupuna əlavə olundu

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fənərbağça"da transfer prosesləri davam edərkən maraqlı bir addım atılıb.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərtlilər"in yerli futbolçular üçün yaratdığı “WhatsApp” qrupuna Kerem Aktürkoğlu da əlavə olunub.

"A Spor"un Onur Özkan vasitəsilə yaydığı məlumata görə, bu addım futbolçunun "Fənərbağça"ya transferinin artıq son mərhələyə çatdığını göstərir.

Bu vəziyyət klubun daxili mühitinə adaptasiya prosesinin başladığının ilk siqnallarından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, futbolçu hal hazırda "Benfika"nın şərəfini qoruyur.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
81
11
fanat.az

10Источники