RU

Artur Masuaku rəsmən “Sanderlend”də

Bu yay Türkiyənin “Beşiktaş” klubundan azad agent kimi ayrılmış Artur Masuaku bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Masuaku 2022-ci ilin fevralından İstanbul klubunda çıxış edirdi. O, 2023/2024-cü illər mövsümündə “Beşiktaş”ın heyətində Türkiyə Kubokunu və Türkiyə Super Kubokunu qazanıb. Konqolu müdafiəçi bu komandada 108 oyun, 3 qol və 18 assistlə yadda qalıb.

Artur Masuaku karyerası ərzində “Vest Hem”, “Olimpiakos”, “Valensyenn” kimi klublarda da çıxış edib. O, Konqo Demokratik Respublikası yığmasında 36 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Избранный
165
21
arena.az

10Источники