RU

“Neftçi” “Monpelye”nin futbolçusu ilə müqavilə bağladı

“Neftçi” “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.

Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib. Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları hələlik açıqlanmasa da, onunla 2+1 illik anlaşma əldə edilib.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.

Избранный
38
11
msport.az

10Источники