RU

Ağstafada iki piyadanı maşın vurub

Ağstafada iki nəfəri avtomobil vurub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü X.Mustafayevi və 1990-cı il təvəllüdlü A.İsmayılovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Избранный
65
6
ikisahil.az

7Источники