36 yaşlı braziliyalı veteran qapıçı Neto İngiltərənin “Bornmut” klubundan azad agent qismində “Botafoqo”nun düşərgəsinə keçib.
Arena.az bu barədə “Botafoqo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Neto “Atletiko Paranaense”nin məzunudur. Qapıçı, karyerası ərzində “Fiorentina”, “Yuventus”, “Valensiya”, “Barselona”, “Bornmut”da və “Arsenal”da (icarə) oyanyıb.
Klub karyeresı ərzində Neto 330 oyuna çıxıb, 374 qol buraxıb, 106 oyunda qapısının toxunulmazlığını təmin edib.
Neto 2018-ci ilin sentyabr ayında Brazilya millisində debüt edib, oyunu qol buraxmadan başa vurub.
“Transfermarkt” internet-portalı 36 yaşlı braziliyalı qapıçının transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
