RU

Ağcabədidə “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində erkən uşaqlıq inkişafı müzakirə olundu - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, 08.08.2025- ci il tarixində Ağcabədi rayonunda Bayraq muzeyində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirildi. Tədbirə başlamazdan öncə “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri mərhum Telman Dadaşovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sonra layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra  layihənin məqsədlərini açıqladı.

Psixoloq N.Vəliməmmədova nümunəvi valideynlikdən, uşaqların Fiziki inkişafından, Sağlamlıq və  təhlükəsizliyindən ,erkən yaş dövründə təhsilin əhəmiyyətindən ətraflı danışdı.  Bildirdi ki, 3 yaşa qədər uşağın beyninin böyüməsi və inkişafı üçün bəsləyici qayğının kompanentləri vacibdir (Sağlamlıq, Qidalanma, Təhlükəsizlik, Həssss qayğı və Erkən öyrənmə).

Ekspert S.Məmmədova Valideynlərlə azyaşlı uşaqlar arasında pozitiv qarşılıqlı münasibətin əsas prinsiplərindən- uşağa sevginin verilməsindən, uşaqla ünsiyyət qurmadan, uşağa uyğunlaşmaqdanUşağın bacarıqlarını tərifləmək və qiymətləndirməkdən danışdı. Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı.

Ş. Dadaşova Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynova, RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Möhsümova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Bayraq Muzeyinin rəhbərliyinə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan M.Sədaqət, Q.Şəlalə və digərləri  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İctimai Birliyinə təşəkkür etdilər.

Tədbirdə 25 nəfər  iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

Избранный
26
2
qht.az

3Источники