RU

Tramp evsizləri Vaşinqtonu tərk etməyə çağırdı


ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı evsiz insanlara xəbərdarlıq edərək onları dərhal paytaxtı tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə hesabında yazıb.
Tramp söz verib ki, onları şəhərdən kənarda yerləşdirəcək, yaşayış yerləri ilə təmin edəcək: “Evsizlərin köçməsi lazımdır, indi. Biz sizə qalmağa yerlər verəcəyik, amma paytaxtdan uzaqda. Cinayətkarlara isə köçmək lazım deyil – sizi aid olduğunuz yerdə həbs edəcəyik”.
O, paytaxtı “əvvəlkindən daha təhlükəsiz və gözəl” edəcəyini bildirib.
CNBC-nin məlumatına görə, prezidentin bu açıqlaması, keçmiş Hökumətin Effektivliyi Departamenti (DOGE) əməkdaşına avtomobil oğurluğu məqsədilə hücum hadisəsindən sonra gəlib.
“Reuters”in məlumatına görə, administrasiya Vaşinqtona yüzlərlə Milli Qvardiya əsgəri göndərməyi nəzərdən keçirir. Lakin prezident hələlik onların cəlb olunması ilə bağlı yekun qərar verməyib.

Murad Məmmədov
Избранный
12
50
yeniavaz.com

10Источники