Bakı, 11 avqust, AZƏRTAC
"Araz-Naxçıvan" komandası heyətini yeni futzalçı ilə gücləndirib.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, braziliyalı oyunçu Jan Peruzzo komandaya transfer olunub.
O, son olaraq ölkəsində “Sao Migel” kollektivində çıxış edib.