RU

Məxfi Xidmət Putin-Tramp görüşü üçün mənzil kirayələyib

ABŞ Məxfi Xidməti ölkə Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü ərəfəsində Alyaska ştatında daşınmaz əmlak kirayələyib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “New York Times” qəzeti yayıb.

Mənzilin ştatın Ankoric ştatında icarəyə götürüldüyü qeyd olunub. Həmin əmlakı icarəyə verən rieltor Məxfi Xidmətin liderlərin görüşü üçün altı otaqlı obyekt kirayələdiyini bildirib.

Bununla belə, qəzet Tramp administrasiyasının görüşün dəqiq yeri ilə bağlı məlumatı təsdiqləmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 15-də Alyaskada V.Putin və D.Tramp arasında danışıqlar keçiriləcək.

Xəbər 4 dəfə oxunub.
Избранный
59
3
xezernews.az

2Источники