İran Prezidenti Məsud Pezeşkianın İranda jurnalistika günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.
KONKRET.az bildirir ki, “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
Belə ki, jurnalistlərdən biri ona yaxınlaşaraq – “bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin”, – deyib.
M.Pezeşkian isə gülümsəyərək cavab verib: “Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?” – deyə ona mikrofon uzadan jurnalistə bildirib.
Bu zarafatlı cavab sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.