Bakı, 11 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 4 kafedra (Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia ve elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları), bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris teleradio studiyası, “Füyuzat” Media Mərkəzi, “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının otağı, Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası, “Xalq qəzeti”nin “Debat otağı” və “Milli mətbuat tarixi” auditoriyası fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, jurnalistika ixtisası üzrə universiteti bitirən məzunlar müxtəlif media qurumlarında, müəssisə və təşkilatların mətbuat xidmətlərində, ictimaiyyətlə əlaqələr şöbələrimdə, informasiya agentliklərində və reklam sahələrində çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.