RU

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz çox investisiya yönəldilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artıb.

 İstifadə olunmuş investisiyanın 5 milyard 46,1 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 3 milyard 335,2 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Избранный
26
33
fed.az

10Источники