“Bakı Metropoliteni” sabah “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə cavab matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.
Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта