RU

Kobaxidze: Azərbaycan-Ermənistan razılaşması bölgənin iqtisadi tərəqqisinə töhfə verəcək

TBİLİSİ, 11 avqust. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında razılaşma Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və iqtisadi tərəqqiyə töhfə verəcək”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın Ermənistanla Azərbaycan arasında sazişin imzalanmasını alqışladığını bildirib.

“Biz əlimizdə olan bütün imkanlarla belə bir razılaşmanın imzalanmasına şərait yaratmağa çalışdıq. Əlbəttə, biz prezident Trampa təşəkkür etməliyik. Bu sazişin imzalanmasını məhz onun liderliyi təmin edib”, - İ.Kobaxidze söyləyib.

Избранный
53
45
teleqraf.com

10Источники