RU

Agentlikdən məktəbli formaları ilə bağlı açıqlama

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 

Bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı Agentliyin və yerli bölmələrinin çağrı mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
20
qafqazinfo.az

10Источники