RU

Sülhü və qələbəni qazandıran lider – Prezident İlham Əliyevin Vaşinqton TRİUMFU!

Bakı.Trend:

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə iləbaşlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəsmübarizə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda diplomatiktriumfla davam etdi. Bu böyük uğurun əsasında Prezident İlhamƏliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücüdayanırdı. Lakin müharibədə qazanılan zəfər təkcə başlanğıcidi…

Prezident İlham Əliyev bu Zəfəri diplomatik masaya daşımağıbacardı. O, dünyaya bəyan etdi ki, güc yalnız ədalətə xidmətetməlidir və Azərbaycanın əldə etdiyi qələbə dayanıqlı sülh vəsabitliyin yeganə təminatçısıdır. Prezident İlham Əliyev çağdaşdünya tarixinin həm döyüş meydanında, həm də diplomatik arenadaqələbə və nüfuz qazanan azsaylı liderlərdəndədir.

Səfərdən əvvəl ABŞ prezidenti Donald Tramp Prezident İlhamƏliyevin “III Şuşa Qlobal Media Forumu”ndakı məzmunlu çıxışınıyenidən paylaşdı. Bu, sadəcə dəstək deyil, Azərbaycanın və onunliderinin dünya siyasətində nə qədər böyük nüfuza malik olduğunugöstərən mühüm siqnal idi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu səfərinmahiyyətini lakonik, özünəməxsus formada bir cümlə ilə belə şərhetdi: “Prezident İlham Əliyev müharibəni qazandı – indi isə sülhüqazanır”.

Bu sözlər Azərbaycanın tarixində dönmə nöqtəsini göstərir.Müharibədə qələbə qazanan lider indi bütün Cənubi Qafqazda davamlısülhün bərqərar olması üçün mühüm addımlar atır. Prezident İlhamƏliyev bütün Cənubi Qafqaza sülh gətirir, sülhü qoruyur və regionubirləşdirir. Müharibələr, münaqişələrlə parçalanan regionubirləşdirmək, sülh gətirmək Prezident İlham Əliyevin tariximissiyasıdır.

Vaşinqtonda keçirilən görüşlərdə Prezident İlham ƏliyevAzərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütündünyaya nümayiş etdirdi. O, açıq şəkildə bildirdi ki, Qafqaza sülhüAzərbaycanın gücü gətirir, Ermənistanla davamlı sülh isə yalnızədalətin bərqərar olması ilə təmin edilə bilər. Pezident İlhamƏliyev Paşinyana növbəti ciddi ev tapşırığını verməyi də unutmadı:artıq münaqişənin həlli sənədlərdə yox, reallıqda olmalıdır.

Donald Tramp isə Prezident İlham Əliyevə ən böyük qiymətiniverdi. Azərbaycan liderinin uğurlarını yüksək qiymətləndirənamerikalı həmkarı ona rəğbətini yenidən ifadə etdi. Trampıngələcəkdə Nobel Sülh Mükafatı alacağı halda, bu tarixçədə ölkəbaşçısı İlham Əliyevin də adı əbədi olaraq qalacaq.

Tramp Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etdi- gücün və etibarın ən canlı simvolunu!
Bu jest Azərbaycanın dünyada qazandığı gücün, hörmətin və nüfuzunən parlaq ifadəsidir. Bu, Azərbaycanın və onun liderinin beynəlxalqsiyasətdəki strateji rolunun ən parlaq təsdiqidir.

Tarixi görüşün əsas qəhrəmanı əlbəttə ki, Prezident İlham Əliyevoldu. Onun sadəcə Azərbaycanın deyil, bütün regionun xaricitəsirlərdən azad olmasını təmin etmək üçün siyasəti göz önündəidi.
Mübaliğəsiz Azərbaycan tarixində belə bir liderlik nümunəsinadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək insanvə siyasətçi üçün ən çətin sınaqlardandır. Dövlət başçısı İlhamƏliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardanşərəflə çıxmağı bacardı.

Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdəmövqeyini daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyev AliBaş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraqtarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional gücolmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətəçevrilib.

Bu sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda Prezidentİlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü.Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü. Dövlət başçısıİlham Əliyev Azərbaycanı ucaltdı, bütöv və qüdrətli, dünyada qəbuledilən, eşidilən Azərbaycanı!
Bizə onu qorumağı, yaşatmağı öyrətdi!
Düşünürəm ki, dualarımıza redaktə etməyin vaxtı çatıb. 8 avqustdansonra "Azərbaycan haqqı!" andını içməyin vaxtıdır.

Dünya liderləri arasında da Prezident İlham Əliyevin nüfuzu,siyasi gücü və uzaqgörənliyi böyük hörmətlə qarşılanır. PrezidentDonald Tramp açıq şəkildə bildirdi: “Siz böyük lidersiniz.” Busadəcə xoş sözlər deyildi, bu dünyanın Azərbaycana və onun liderinəsəmimi etirafıdır!

Sən belə xoşbəxtsən, Vətən!

Anar YUSİFOĞLU
Əməkdar jurnalist

Избранный
94
50
az.trend.az

10Источники