RU

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb, açarlar təqdim edilib - VİDEO - FOTO - YENİLƏNİB-1

Avqustun 11-də yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. Bu mərhələdə köçürülən 62 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

14.35

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb.

APA-nın xəbərinə görə, bu mərhələdə Xanyurdu kəndinə 62 nəfərdən ibarət 19 ailə köçürülüb.

***

13.29

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

APA-nın xəbərinə görə, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
72
20
apa.az

10Источники