RU

Müdafiə Nazirliyi məlumat yaydı: 11-15 avqust tarixlərində…

Ağdərə rayonu ərazisində “Gödəkburun” təlim mərkəzində 11-15 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Tribunainfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Избранный
39
16
tribunainfo.az

10Источники