RU

Ötən həftə 872 yanğına çıxış olub

ain.az bildirir, Ayna portalına istinadən.

5-i azyaşlı olmaqla 78 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 872 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 78 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
186
50
ayna.az

10Источники