RU

ŞAH gedişi İlham Əliyev yolu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ucqar dağların ətəyində, zamanın başlanğıcında Tanrı torpaqdan insan yaratdı. Lakin ona ad vermədi. Çünki insanın özünü tapması üçün bir cığıra düşməsi, bir yol getməsi lazım idi. Tanrı insana bir yol açdı...

Tanrı dedi: “Qarşında uzanan bu yol sənin həyatındır. Kim olacağın, nə tapacağın – hamısı bu yolu necə getməyindən asılıdır. Hər şey bu yolda gizlidir”.

İnsan başını qaldırdı və uzaqlara baxdı. Bu yol bəzən dolanbaclı, bəzən sərt, bəzən yumşaq, bəzən qaranlıq meşələrdən, bəzən isə günəşli çöllərdən keçirdi.

İnsan soruşdu: “Bu yolun sonu haradır?”

Tanrı cavab verdi: “Hər kəsin yolu bir gün sona çatar. Amma məsələ sonda deyil, yolu necə gedəcəyindədir”.

İnsan yola çıxdı. İlk zamanlar yol hamar idi. Qayıtdı, sevindi, oynadı. Amma zaman keçdikcə yol çətinləşdi: enişli-yoxuşlu döngələr, keçilməz çaylar, uçurumlar qarşısına çıxdı. Bəzən yoruldu, bəzən dayandı. Hətta bir neçə dəfə geri dönmək istədi. Lakin yol ona dedi: “Mən sənin taleyinəm. Dayansan, özünü itirəcəksən”.

İnsan yola davam etdi. Yolda dostlar qazandı, düşmənlər tanıdı, sevgilər yaşadı, itkilər gördü. Bəzən yol onu quyunun dibinə saldı, bəzən zirvəyə qaldırdı. Yavaş-yavaş anladı ki, yol təkcə fiziki hadisə deyil, özünü tapmaqdır, formalaşmaqdır, yetişməkdir.

İllər keçdi və insan yolun sonuna gəldi çatdı. O, bir güzgü ilə qarşılaşdı. Güzgüdə özünü gördü – amma o, artıq ilk insan deyildi. Gözlərində hikmət, qəlbində izlər vardı.

Və o an anladı ki, yol sadəcə səni gedəcəyin yerə çatdıran nəsnə deyil, yol taledir, sənin taleyin, mənim taleyim, onun taleyi...

Nədənsə ABŞ-dakı tarixi Sülh görüşündən sonra ilk ağlıma gələn bu pritça oldu...

Lap qədimdən dünyada dövlətlərin iqtisadi, hərbi və siyasi güc balansında həlledici rol oynayan xeyli münaqişəli dəhlizlər olub. Bunların bir neçəsini – yaddaşımda qalanları xatırlamaq və xatırlatmaq istəyirəm.

Hexi dəhlizi (30 mindən çox insan həlak olub)

Çin Xalq Respublikasının şimal-qərbində yerləşən, tarixi-geostrateji əhəmiyyətə malik bölgə idi. Bu ərazi qədimdə Şərqi Asiyanı Mərkəzi Asiya ilə birləşdirən İpək Yolunun əsas hissələrindən biri olub. Sözügedən bölgə təbii “darvaza” kimi fəaliyyət göstərdiyinə görə, buraya nəzarət ticarət, hərbi strategiya və mədəni əlaqələr üçün həlledici hesab edilirdi. E.ə. II əsrin ortalarında Hun imperiyası İpək Yoluna nəzarət etmək, köçəri tayfaların hücumlarının qarşısını almaq və qərblə ticarət əlaqələrini möhkəmləndirmək üçün köçəri türk-monqol mənşəli tayfa ittifaqlarına hücum edir və bir sıra uğurlu yürüşlər həyata keçirir. Davam edən qızğın sərhəd toqquşmaları nəticəsində Hun ordusu Hexi təhlizinə tam nəzarəti təmin edir və həmin ərazidə bir neçə qala-şəhərlər tikir. Bu münaqişədə qədim Çin salnamələrində on minlərlə insanın həlak olduğu bildirilir. Hexi dəhlizi hal-hazırda Çin-Mərkəzi Asiya-Avropa ticarətinin mühüm tranzit koridorudur.

Tayland yarımadası dəhlizi (10 mindən çox insan həlak olub)

Malaziya yarımdasının şimal hissəsində yerləşən bu dəhliz Cənub-Şərqi Asiyada, Tayland, Malaziya və Sinqapur ərazilərini birləşdirən strateji coğrafi sahə hesab olunur. Dəhliz iqtisadi, hərbi və siyasi baxımdan çox önəmlidir, çünki buradan dünya ticarətinin böyük hissəsi keçir. Əsas dəniz nəqliyyat maşrutları buradan keçərək Hind okenanı ilə Sakit okeanı birləşdirir. İlk hərbi toqquşmalar XIX əsrdə Britaniyanın Malaziya yarımadasını və Sinqapuru koloniyalaşdırır. Beləliklə, Britaniya imperiyası, Yaponiya, Malaziya milli hərəkatları və regional dövlətlər strateji dəniz keçidlərinə və ticarət yollarına nəzarət uğrunda uzun müddətli mübarizə başlayır. Tarixi məbələrdə müxtəlif dövrlərdə fərqli müharibə və işğallara səhnə olan Tayland yarımadası uğrundə gedən döyüşlərdə minlərlə insanın həlak olduğu qeyd olunur.

Danzig dəhlizi (300 minə yaxın hərbçi və mülki şəxs həlak olub)

II Dünya müharibəsinin başlanğıcı sayılan I Dünya müharibəsindən sonra Almaniya ilə Şərqi Prussiya arasında qalan, Polşaya verilmiş dar torpaq sahəsi idi. Baltik dənizi sahilində yerləşən bu ərazi 1919-cu ildə Versal müqaviləsi ilə yaradılmışdı və Polşaya dənizə çıxış imkanı vermək məqsədi daşıyırdı. Lakin bu qərar Almaniyada böyük narahatlıq yaradır və Berlin rəhbərliyi ərazinin Almaniyaya qaytarılmasını tələb edir. 1920-1930-cu illərdə açıq müharibə baş verməsə də, həmin dövr siyasi gərginliklə müşahidə olunmuşdur. 1939-cu ildə isə Almaniya onun tələblərini rədd edən Polşaya hücum edir. Cəmi 5 həftəlik dövrü əhatə edən bu müharibədə ümumilikdə üç yüz minə yaxın hərbçi və mülki şəxsin həlak olduğu bildirilir.

Süveyş kanalı dəhlizi (3 min nəfərdən çox insan həlak olub)

Aralıq dənizini Qırmızı dənizlə birləşdirən, Misir ərazisində yerləşən və 1869-cu ildə açılmış strateji su yolu kimi tanınır. Bu kanal Avropa ilə Asiya arasındakı ən qısa dəniz yoludur və qlobal ticarətin mühüm hissəsi buradan keçir. Bu dəhliz uğrunda bir neçə dəfə münaqişə olsa da, ən böyük münaqişə 1956-cı ildə baş vermişdir. Misir hökumətinin Süveyş kanalını milliləşdirməsini Böyük Britaniya və Fransa öz maraqlarına təhdid kimi görür, İsrail isə həm Misirlə siyasi-hərbi gərginlik, həm də Tiran boğazının bağlanması səbəbindən əməliyyata qoşulur. Qısa sürən döyüşlərdə həlak olanların sayının üç min nəfərdən artıq olduğu bildirilir. ABŞ və SSRİ-nin güclü təzyiqi nəticəsində təxminən 7 gündən sonra atəşkəs elan olunur və BMT-nin sülhməramlı qüvvələri bölgəyə yerləşdirilir. Beləliklə, Süveyş kanalı Misirin nəzarətində qalır.

Nəhayət, ZƏNGƏZUR DƏHLİZİ (...Tanrı insana bir yol açdı)

Bütün müqayisələrin qüsurlu olduğunu düşünürəm. Amma 40 illik sürgün həyatı kimi biz toplum olaraq bütün əziyyətləri görmüş, bütün sınaqlardan çıxmış, bütün məhrumiyyətlərə sinə gərmişik. İndi isə Tanrı bizi mükafatlandırıb və bu yolların ən yaxşısını bizə bəxş edib. Bizə cığır açan, yol göstərən liderlə birlikdə yeni yolun astanasındayıq. Bu illər ərzində Azərbaycanın keçdiyi yolu şahmat taxtasında gərgin bir oyun kimi təsəvvür etsək, ancaq ağıllı oyunçunun son gedişinə qədər səbir etmək, dözmək olardı. Bu da son gediş – ŞAH gedişi. Bizi sülhə gətirən böyük liderin yolu - İlham Əliyev yolu.

Ruslan Dost Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
142
50
525.az

10Источники