RU

İçərişəhərdəki tarixi məscid dağılmaq üzrədir? - RƏSMİ AÇIQLAMA

İçərişəhərdə yerləşən, XIV əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Mirzə Əhməd məscidi qəzalı vəziyyətdədir. Hazırda fəaliyyət göstərməyən məscidin tavanı uçduğu, tikilinin özü də dağılmaq təhlükəsi ilə üz-üzə olduğu bildirilir.

Paralel.az xəbər verir ki, bu barədə "Wikipedia"da yer alan məlumatda qeyd olunub.

Mövzu ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Səfayə Əhmədova Paralel.az -a bildirdi ki, qəzalı vəziyyətdə olan məscid deyil ona bitişik olan xüsusi mülkiyyətdə olan yaşayış evidir:

"Mirzə Əhməd Məscidi yaşayış binasına bitişik ünvanda yerləşir. Məscid qəzalı vəziyyətdə deyil və yalnız cari təmirə ehtiyacı vardır. Ona bitişik olan xüsusi mülkiyyətə aid yaşayış binası isə təmirsiz və qəzalı vəziyyətdədir.

Mülkiyyətçi yaşayış binasının bərpası üçün artıq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edib və yaxın zamanda təmir-bərpa işlərinə başlanması nəzərdə tutulub. 

Eyni zamanda, məsciddə də ölçü işləri aparılır və cari bərpa tədbirləri həyata keçiriləcəkdir.

Ümumilikdə, İçərişəhər ərazisində yerləşən və qəzalı vəziyyətdə olan məscidlərin bərpası mərhələli şəkildə planlaşdırılır".

Həmidə İbrahimova

Избранный
26
19
paralel.az

10Источники