RU

Naməlum nömrələrdən gələn zənglərlə bağlı xəbərdarlıq: “Bəli” dediyiniz anda...

Son zamanlar Türkiyə daxilində bir çox vətəndaş xaricdən və ya naməlum nömrələrdən gələn telefon zənglərinin qurbanı olub.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fırıldaqçılar insanlara zəng edərək “Salam, səsim eşidilir?” sualını verərək "Bəli" və ya “Xeyr” kimi konkret cavablar almağa çalışırlar.

Səlahiyyətlilərə görə, bu səs yazıları texnoloji üsullarla redaktə edilərək saxta sənədlərdə istifadə oluna bilər. Bu yolla vətəndaşların adından kredit götürmək, bank hesabı açmaq və başqa maliyyə əməliyyatları aparmaq mümkündür.

Məlumata görə, son zamanlar İnformasiya Texnologiyaları və Rabitə Qurumuna və məhkəmə orqanlarına daxil olan şikayətlərin sayı xeyli artıb.

Избранный
9
50
publika.az

10Источники