Ötən mövsüm Azərbaycan II Liqasının qalibi olan “Şahdağ Qusar” komandasının taleyinə aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Qusar təmsilçisi bu gün məşqləri bərpa edib. Komanda yeni mövsümün hazırlıqlarına start verib.
Sponsorun komandadan imtian etməsinin ardından dağılacağı iddia edilən klub I Liqada fəaliyyətini davam etdirəcək.
Qusar klubunun ev oyunlarını harda keçirəcəyi isə bəlli deyil.