Xəbər verdiyimiz kimi, bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi başlayıb və avqustun 19-dək davam edəcək.
Bəzi şəxslər ixtisas seçimi zamanı sistemdə problemlər yaşandıqlarını bildirirlər.
Lakin Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, sistemdə heç bir problem yoxdur.
Abituriyentlər ixtisas seçimini rahatlıqla və fasiləsiz həyata keçirə bilərlər.