RU

Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycan media nümayəndələrinə verdiyi müsahibə » AzadMedia.az


Haşiyə: 1776-cı il iyulun 4-də bütün müstəmləkələrin II konqresi “İstiqlaliyyət bəyannaməsi”ni qəbul etdi. “İstiqlaliyyət bəyannaməsi” keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və tam müstəqilliyi haqqında bəyanat idi. Beləliklə, Amerika Birləşmiş Ştatları yarandı.

Azərbaycanla ABŞ arasında ilk münasibətlərin əsası Cümhuriyyət dövründə qoyulmuşdu. Müstəqilliyini elan edən Cümhuriyyətin ən böyük arzusu Qərb dövlətləri tərəfindən tanınması idi. Bu arzunu reallaşdırmaq üçün Cümhuriyyət nəyin bahasına olursa-olsun Paris Sülh konfransında iştirak etməyi qərara aldı. Paris Sülh konfransına gedəcək nümayəndə heyətinə Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu.

1919-cu il mayın 28-də ABŞ Prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. Əlimərdan bəy yazırdı:” Prezident Vilson bizi könülsüz qəbul etdi. Məndən Kartli,Kaxetiya, İmeretiya və Hayastanı tanıdığını, ancaq Azərbaycan adına rast gəlmədiyini dedi. Verdiyi tövsiyələr müstəqilliyimizə zidd idi. Verdiyimiz memoranduma diqqət etmədi.”

Bəli, Vudro Vilson Baydendən də daha çox ermənipərəst idi. Hətta çıxışların birində bəyan edirdi ki, kaş ABŞ-da Prezidentliyim başa çatandan sonra Ermənistanı dövlət başçısı kimi idarə edəydim.
Doğrudur, V. Vilson müstəqilliyimizə qarşı olsa da, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. Bu tanıma 1918-1920-ci illərin ən böyük hadisəsi oldu. Azərbaycan beynəlxalq münasibətlərin subyektinə çevrildi. 1920-ci ilin bolşevik işğalı hər şeyə son qoydu.

Azərbaycan 1991-ci ilin oktyabrında 1920-ci ilin aprelində itirdiyi müstəqilliyini bərpa etdi. Bədnam qonşumuzun torpaqlarımıza olan iddialarını ABŞ-da müdafiə etdi. Hətta 1992-ci ilin oktyabrında ABŞ Konqresi erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Yəni ABŞ-ın birbaşa Azərbaycana dövlət yardımına qadağa qoyuldu. Konqres səbəb kimi Azərbaycanın Ermənistanı blokadada saxlamağını göstərirdi. Prezident İlham Əliyevin sözləri ilə desək Azərbaycan təcavüzkar dövlət kimi təqdim olunurdu.

ABŞ Qarabağ məsələsində daha bir ədalətsizliyə imza atdı. Qarabağ problemini ədalətli şəkildə həll etmək üçün ATƏT-in Minsk qrupunu yaratdılar. Hər üç həmsədr problemi ədalətli şəkildə həll etmək əvəzinə erməni tərəfinin həmsədrləri kimi davranır, ermənilərə havadarlıq etmələrini gizlətmirdilər.

2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdi. O zaman ABŞ Azərbaycanın hava məkanından istifadə etdiyi üçün 907-ci düzəlişi dayandırdı. Bu proses 2023-cü ilə kimi davam etdi. ABŞ 2023-cü ildə heç bir səbəb göstərmədən Əfqanıstandan çıxdı və 907-ci düzəlişə qoyulan qadağanı götürdü. Əslində bu Bayden administrasiyanın nankorluğunu və Azərbaycana olan ədalətsiz münasibətini göstərdi.

Donald Trampın ilk Prezidentliyi dövründə Azərbaycana münasibət dəyişilməyə başladı. Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsini uğurla başa çatdırdı. Nə ATƏT-in Minsk qrupu, nə də nə də ayrı-ayrı dövlətlərin parlamentlərinin qəbul etdikləri qərarlar Azərbaycanı haqq yolundan döndərə bilmədi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni təcavüzünü pisləyən dörd qətnaməsini Azərbaycan öz gücü ilə yerinə yetirməli oldu. Bu ölüm-dirim müharibəsində üç mindən artıq şəhid verdik, illərlə arzusunda olduğumuz Vətən torpaqlarını azad etdik.
Bayden administrasiyası hakimiyyətinin sonuncu gününə kimi Ermənistanı əzizlədi, 44 günlük müharibənin nəticələri ilə barışmadı, amma bütün cəhdləri uğursuz oldu. Fransa Azərbaycanı beynəlxalq səviyyədə təkləmək üçün ermənilərin guya etnik təmizlənməsini dörd dəfə BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı, hər dəfə biabırçı şəkildə məğlub oldu.

2025-ci ildə ABŞ-da Donald Tramp ikinci dəfə hakimiyyətə gəldi. Azərbaycanın dövlət başçısının uzargörən siyasətinin nəticəsi idi ki, prezident seçkilərində Azərbaycan Donalt Trampı dəstəklədi. Prezident İlham Əliyevin sözləri ilə desək: “ Keçən il biz onu dəstəklədik, bu doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir.”

Prezident İlham Əliyev Azərbaycan tarixinə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, dövlət suverenliyinə nail olan dövlət başçısı kimi daxil olmuşdur. Prezident İlham Əliyev ilk dəfə ABŞ-a qalib dövlətin başçısı və ABŞ-Azərbaycan münasibətlərində yeni tarixin əsasını qoyan Prezident kimi daxil oldu. Gəlin, 2025-ci il avqustun 8-də Ağ Evdə qəbul edilənlərə nəzər salaq:
1.907-ci düzəliş 33 ildən sonra ləğv edildi.
2. Azərbaycanla Ermənistan arasında Sulh müqaviləsi paraflandı.
3. Azərbaycan-Amerika münasibətlərində ilk dəfə əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsinin əsası qoyuldu.
4. ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu yaradıldı.
5. ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulur.
6. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır.
7. Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış həll olunur.
7. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” fəaliyyətə başlayacaq.
8. ExxonMobil və SOCAR arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı.
9. ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında Anlaşma Memorandumu imzalandı.
10. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi və Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı.

Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. Ədalətimiz, əxlaqımız, gücümüz göz qabağındadır. Dünyada gücsüzlərə arxa, ehtiyacı olanlara dayaq, müstəqillik uğrunda mübarizə aparanlara dost olan Azərbaycan ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq”.
Избранный
42
50
azadmedia.az

10Источники