RU

Azərbaycan və Ermənistan sərhəddində başqa qüvvələr yerləşdirməyəcək

Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb.

Sənədə əsasən, tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.\\Sfera.az

Избранный
58
50
nocomment.az

10Источники